“44 günlük vətən müharibəsindən 3 ildən artıq vaxt keçib. Bu müddət ərzində biz nə qədər sülh gündəmi yaratmağa çalışsaq da, Ermənistan bir o qədər müharibə mövzusunu gündəmdə saxlamağa çalışır”. Bu fikirləri AzadMedia.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, müharibə təkcə orduların toqquşması deyil, müharibə həm də mina müharibəsidir:
“Biz qələbədən sonra ermənilərin ərazilərimizə mina basdırmağa davam etdirməsinə şahidlik etmişik. Ermənilərin ərazilərimizə döşədikləri mina insanlarımızın canını alır, onlara xəsarət yetirir, şikəst edir. Bu o deməkdir ki Ermənistanın mina terroru davam edir”.
Hikmət Babaoğlu bildirib ki, dəqiq mina xəritələrinin təhvil verilməsi sülh prosesini daha da yaxınlaşdıran amildir:
“Əgər bu gün Ermənistanın əlində mina xəritələri varsa və bunu bir neçə gün bundan qabaq Ermənistanı XİN rəhbəridə etiraf edirsə, deməli, xəritələrin Azəbaycana verilməməsi sülhə qarşı olmaqdır. Nə qədər gec deyil dəqiq xəritələr verilməlidir. Vaxt itirmədən dərhal təhvil versinlər. Xəritələrin verilməsi həm də etimad mühitinə müsbət təsir edən hallardır. Biz də qarşımızdakının səmimi olduğuna inanaq”.Xəlil Xəlilov
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.