AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Heydər Əliyev və mənim gözəl paytaxtım” layihəsi davam edir - FOTOLAR

  • + A
  • - A
  • 6-02-2024, 11:18

    “Heydər Əliyev və mənim gözəl paytaxtım” layihəsi davam edir - FOTOLAR

    “Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi 02 fevral 2024-cü il tarixində Maştağa qəsəbəsi C.Cabbarlı adına 187 № li tam orta məktəbdə “Heydər Əliyev və mənim gözəl paytaxtım" layihəsinin növbəti tədbirini keçirdib.


    Layihə rəhbəri Namiq Nəcəfov bildirib ki, “Heydər Əliyev və mənim gözəl paytaxtım” layihəsinin icrasına 01 dekabr 2023-cü ildən başlayaraq Sabunçu rayonu Maştağa, Nardaran, Bilgəh qəsəbələrində yerləşən 9 tam orta məktəbin kontinqenti sirasından könüllülük prinsipi əsasında, qabiliyyət və bacarıqları ilə seçilən, çalışqan, intizamlı şagirdlər qoşulmuşlar. 02 fevral 2024-cü il tarixində, layihənin İcra Planına uyğun olaraq, Maştağa qəsəbəsi C.Cabbarlı adına 187 № li tam orta məktəbin kitabxanasında, layihənin növbəti təqbiri keçirilmişdir.

    Tədbirdə layihə iştirakçılarınin Ulu Öndərin əziz xatirəsinə olan dərin ehtiramını əks etdirən esse yazılarına keçirilmiş baxışın nəticələri müzakirə olunmuşdur. Tədbiri, giriş sözü ilə, layihənin rəhbəri Namiq Nəcəfov açdı. O, bildirdi ki, “Heydər Əliyev və mənim gözəl paytaxtım” layihəsi Azərbaycan Respublikasının Gənclər Fondunun 17-ci qrant müsabiqəsi çərçivəsində keçirilir. N.Nəcəfov tədbir iştirakçılarına layihə çərçivəsində şagirdlərin tətil günlərində, evdə, hazırladıqları esse yazıları barədə məlumat verdi. Sonra məzmun baxımından daha əhatəli olan esse yazılarını tədbirə toplaşanların diqqətinə çatdırdı.

    Layihə rəhbəri N.Nəcəfov esse yazılarını baxış üçün hazırlamış 11 nəfər şagirdə təşəkkürünü birdirdi və onlara təhsildə müvəffəqiyyətlər arzuladı. Məmmədova G, Mikayıl -zadə F, Hüseynli G, Həsənova S. 11 şagirdin hər birinə layihə çərçivəsində “Oriqami təşkilatı tərəfindən hazırlanmış hədiyyələrin təqdim olunmasında iştirak etdilər. Tədbirdə C. Cabbarlı adına 187 № li tam orta məktəbin direktoru G..Məmmədova,fənn müəllimləri Mikayıl-zadə F., Hüseynli G.,Məmmədova S., UBTR Məhərrəmli X., iştirak edirdilər.

    Layihə rəhbəri N.Nəcəfov C.Cabbarlı adına 187 № li tam orta məktəbdə “Heydər Əliyev və mənim gözəl paytaxtım” layihəsinin icra olunması üçün yaradılan şəraitə görə məktəbin direktoru G.Məmmədovaya çərçivəli Təşəkkürnamə təqdim etdi.












    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR