AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dr. Elgün Səfərov: Ölkənin “Human Rights” model xəritəsini təqdim etməsi gələcək nəsillər üçün daha firavan, təhlükəsiz və xoşbəxt həyatın qurulmasına əsas yaradır

  • + A
  • - A
  • 18-06-2022, 22:21

    Dr. Elgün Səfərov: Ölkənin “Human Rights” model xəritəsini təqdim etməsi gələcək nəsillər üçün daha firavan, təhlükəsiz və xoşbəxt həyatın qurulmasına əsas yaradır

    Ölkədə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində vacib islahatlar davam etdirilir. Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri 2030 çərçivəsində xüsusi “Human Rights” model xəritəsini hazırlayıb və davamlı olaraq inkişaf etdirir. İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsində formalaşdırılmış ənənələr ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də Azərbaycan Respublikasında ilk "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunduğu nəzərə alınaraq Azərbaycanda Milli İnsan Hüquqları günü təsis edilib. Bu islahatlar çərçivəsində qadın və uşaq hüquqlarının müdafiəsinə, Azərbaycan ailə modelinə mənfi təsirlərin aradan qaldırılmasına xüsusi önəm verilir.


    Azadmedia.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qadınlara qarşı ayrı-seçkiliyinin ləğvi üzrə Komitəsinin sədr müavini, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov deyib.

    Onun sözlərinə görə, 2022-ci il iyunun 16-da BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin 82-ci sessiyasında Azərbaycan Hökuməti adından Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Konvensiya üzrə altıncı dövri hesabat təqdim edilib. Hesabatın dinlənilməsi zamanı BMT-nin CEDAW Komitəsinə ölkədə qadın hüquqlarının müdafiəsi sahəsində maarifləndirici layihələr, qadınların və qızların yeni innovasiyalarda və qərarqəbuletmədə artması, əlil və sağlamlığı məhdud qadın və qızların xidmətlərə əlçatanlığının təmin edilməsi, məişət zorakılığı, uşaq nikahları və insan alveri ilə mübarizə, sosial, səhiyyə, təhsil sektorunda aparılan islahatlar öz əksini tapıb.
    Dinləmələr zamanı qadınların bələdiyyə sektorunda 4 faizdən 39 faizə qədər artması, qeyri-ənənəvi təhsil sektorunda qadınların və qızların təmsilçiliyinin artması, gender məsul şəxsləri mexanizmin inkişafı, COVID-19-la mübarizə sahəsində həyata keçirilən tədbirlər və digər məsələlər iştirakçılara çatdırılıb.

    Azərbaycan Respublikasının nümayəndə heyətinin rəhbəri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 44 günlük Vətən müharibəsi zamanı azad edilmiş rayonların minalardan təmizlənməsi və bu sahədə yeni infrastrukturun qurulması, həmin rayonlarda ailələrin yenidən məskunlaşmasına əsas yaradacağını bildirib. Bahar Muradova dövlət tərəfindən qaçqın və məcburi köçkün ailələrinə göstərilən dəstək və xidmətlər haqqında iştirakçılara ətraflı məlumat təqdim edib.

    “Hesabatın müzakirəsi zamanı ölkədə qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində Heydər Əliyev Fondu tərəfindən keçirilən humanitar və maarifləndirici layihələr haqqında məlumat qeyd olunub. Bu layihələrdən xüsusilə də, “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” və “Cənubi Qafqazda gender əsaslı cins seçimi və aidiyyəti zərərli təcrübələrin aradan qaldırılması” proqramlarının komponenti olaraq BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women) tərəfindən “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə icra olunan “Qız övladının dəyərinin artırılmasına xüsusi diqqət yetirməklə ailədə bərabər qayğı modelinin təşviqi” kampaniyaları qeyd edilib.

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərliyi ilə keçirilən səfərdə nümayəndə heyətinin tərkibində Daxili İşlər, İqtisadiyyat, Səhiyyə, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman, Kənd Təsərrüfatı nazirliklərinin müavinləri, Dövlət Statistika Komitəsi sədrinin müavini, Xarici İşlər, Ədliyyə, Maliyyə nazirliklərinin nümayəndələri təmsil olunurdu. Hər sahə üzrə dövlət qurumların nümayəndələri müsbət dəyişikləri və ehtiyacı olan məlumatları təqdim etdilər. Hesabatın bu formatı beynəlxalq təşkilatlara ölkənin müsbət təcrübəsinin daha effektiv və koordinasiyalı şəkildə çatdırılmasına dəstək olur. Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin bu hesabatın müsbət şəkildə dinlənilməsinin rolunu qeyd etməliyəm. Daimi nümayəndəlik insan hüquq və azadlıqlarının və ölkənin maraqların beynəlxalq təşkilatlarda müdafiəsinə əvəzsiz təsir edir.

    BMT-nin CEDAW Komitəsinin üzvləri tərəfindən ölkədə qadınların və qızların hüquqların müdafiəsi sahəsində yaxşı təcrübənin formalaşdırılması və digər ölkələrə nümunə kimi yönəldilməsi mümkünlüyü də qeyd olunub. Eyni zamanda, BMT-nin Komitəsinin nümayəndələri tərəfində ölkədə məişət zorakılığı, uşaq nikahları, təhsildən yayınma, bu sahədə qanunvericliyinin təkmilləşdirilməsinin və preventiv tədbirlərin davamlı şəkildə aparılmasının vacibliyini qeyd etmişdilər.
    Ümumiyyətlə, BMT-nin CEDAW Komitəsi tərəfindən qadın hüquqlarının müdafiəsi sahəsində ölkədə aparılan işlər müsbət qiymətləndirilib. Bu isə birbaşa Birləşmiş Millətlər Təşkilatı tərəfindən ölkədə insan hüquqlarının inkişafının qiymətləndirilməsidir.

    İyunun 18-nin Azərbaycanda Milli İnsan Hüquqları Günü kimi qeyd olunması dövlət tərəfindən insan hüquq və azadlıqlarının təmin edilməsinin prioritet olduğunu müəyyən edir. Ölkənin “Human Rights” model xəritəsini təqdim etməsi gələcək nəsillər üçün daha firavan, təhlükəsiz və xoşbəxt həyatın qurulmasına əsas yaradır”, - deyə Elgün Səfərov vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR