Yakutiyada itən "An-30" təyyarəsi radardan itdiyi yerdən 70 km aralıda Olenyok kəndində tapılıb.
AzadMedia.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, onun göyərtəsində olan insanlar sağ olub.
Xilasedicilərin sözlərinə görə, üç nəfərə tibbi yardım lazım olub.
Xilas edilənlərin vəziyyəti ilə bağlı hələlik dəqiq məlumat verilməyib.
Gülaye Mecid
xxx
15:12
Yakutiyada An-30 təyyarəsi radardan itib.
Məlumatı FHN-in yerli idarəsi yayıb.
“Yakutskdan Olenyoka uçan An-30 təyyarəsi radarlardan itib. Təyyarədə 7 adam və 6,3 ton yük var. Mi-8 helikopteri və An-26 təyyarəsi onun axtarışına çıxıb", - idarədən bildirilib.
Bildirək ki, bu, bir gündə Yakutiyada yoxa çıxan ikinci təyyarədir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.