Rusiya Federasiyasının prezidenti Vladimir Putin və Aleksandr Lukaşenko Sankt-Peterburqda danışıqlara başlayıb.
AzadMedia.az “Kommersant” nəşrinə istinadən xəbər verir ki, görüş Rusiya və Belarus arasında münasibətlərin qurulmasının 30 illiyi münasibətilə keçirilir.
Lukaşenko, Rusiya nəşrinin qeyd etdiyi kimi, artıq bir neçə gündür ki, Rusiyaya səfərdədir. İyunun 23 və 24-də Putinlə qeyri-rəsmi danışıqlar da baş tutub.
Xatırladaq ki, ukrayna mətbuatının yazdığı kəşfiyyat məlumatlarına görə, Rusiya ölkəni Ukraynaya qarşı müharibəyə girməyə məcbur etmək üçün Belarusda silsilə terror aktları həyata keçirməyə hazırlaşır .
Bu arada Belarus daxili işlər orqanlarında və daxili qoşunlarda təlimlər elan edib və Baş Qərargah hesab edir ki, bu yolla ölkə Rusiyanı müharibə üçün silah və hərbi texnika ilə təmin edə bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.