Əfqanıstanda güclü zəlzələ nəticəsində ölənlərin sayı 2 mini keçib, 9 mindən çox insan yaralanıb. RİA Novosti xəbər verir ki, bu barədə ölkənin hakimiyyət orqanları məlumat yayıb.
Qeyd edək ki, 6,3 bal gücündə zəlzələnin episentri 272 min nəfərin yaşadığı Herat şəhərindən 42 km şimal-qərbdə yerləşib.
Daha əvvəl Reuters agentliyi Əfqanıstanın Fövqəladə Halların İdarə Olunması Agentliyinin rəsmisinə istinadən zəlzələ nəticəsində 15 nəfərin öldüyünü, 40 nəfərin yaralandığını bildirmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.