AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrail ehtiyatda olan 300 min hərbçini orduya ÇAĞIRIR

  • + A
  • - A
  • 9-10-2023, 13:04

    İsrail ehtiyatda olan 300 min hərbçini orduya ÇAĞIRIR

    İsraildə ehtiyatda olan təxminən 300 min hərbçi orduya çağırılacaq.

    AzadMedia.az “The Yeruselim Post”a istinadən xəbər verir ki, bu barədə İsrailin Müdafiə Ordusundan bildirilib.

    Vurğulanıb ki, onlar “Dəmir Qılınclar” əməliyyatına cəlb olunacaqlar.

    Məlumata görə, bu, İsrail tarixindəki ən böyük səfərbərlikdir.

    Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 700-dən çox adam ölüb, 2 315 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR