Danimarkada ağciyərlərin xroniki obstruktiv xəstəliyi səbəbindən hər gün onlarca insan həyatla vidalaşır.
Belə ki, Danimarka Ağciyər Xəstəlikləri Assosiasiyasının ölkədə ölüm səbəbləri reyestrindən istifadə olunmaqla hazırladığı yeni hesabat bunu sübut edir.
Tarixdə ilk dəfə olaraq bu xəstəlik ölkədə ölüm hallarının daha geniş yayılan səbəblərinin siyahısına başçılıq edib. Belə ki, təkcə 2021-ci ildə 3570 danimarkalı bu xəstəliyin qurbanı olub.
Xəstəlik ağciyərləri və tənəffüs yollarını zədələyərək nəfəs almağa çətinlik törədir.
Ağciyərlərin xroniki obstruktiv xəstəliyinin yaranma səbəblərinin azı 85 faizi siqaret çəkilməsidir və həkimlərin dəyərləndirməsinə görə hazırda 400 min danimarkalı bu xəstəlikdən əziyyət çəkir.
Danimarka Ağciyər Xəstəlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Torben Mogensen izah edir ki, siqaret çəkilməsini azaltmaqdan ötrü tədbirlər görmək lazımdır. Buraya tütün məmulatlarının qiymətinin artırılması və tütün asılılığı üçün nəzərdə tutulan preparatları pulsuz və ya çox ucuz etməyin vacibliyi daxildir.
“İnformasiya-təbliğat fəaliyyətinə və diaqnostikaya da yüksək diqqət ayırmaq lazımdır. Çünki yoluxanların əksəriyyətində bu xəstəliyin ilkin mərhələsində heç bir şübhə yaranmır”, - deyə T.Mogensen vurğulayıb. AZƏRTAC
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.