AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Markov: Bakı vicdansızlara yerini göstərir – bu qədər, bitdi

  • + A
  • - A
  • 1-11-2023, 16:20

    Markov: Bakı vicdansızlara yerini göstərir – bu qədər, bitdi

    Qərb Ermənistana kömək etməyəcək. Lazım olanı götürüb atacaq. Ermənistan Qərbdən uzaqda yerləşən kiçik, kasıb respublikadır. Onun Azərbaycan kimi nefti yoxdur, Azərbaycan və Gürcüstan kimi dənizə çıxışı da yoxdur.

    Bunu rusiyalı politoloq Sergey Markov deyib.

    “Qərb Ermənistanda öz yerini tutmağa çalışır, o cümlədən təhlükəsizlik baxımından. Vəssalam. Qərb tərəfdaşları İrəvana səslənir: “Rusiyanı tərk edin, onunla münasibətləri kəsin, biz sizə kömək edəcəyik!” Kömək etməyəcəklər. Bu ay AB-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında iki dəfə görüşün keçirilməli olduğu və hər ikisinin baş tutmaması Bakının artıq Avropanın vasitəçi kimi məşğul olmaq istəmədiyini göstərir. Qarabağ məsələsinin yekun həllindən sonra Azərbaycanın indi vasitəçilikdə vicdansızlıq edənlərə etirazını açıq nümayiş etdirmək imkanı var - bu qədər, bitdi. AB həm struktur olaraq, həm də ona daxil olan ölkələr səviyyəsində ört-basdır edib, oynamaq cəhdlərinə baxmayaraq, müntəzəm olaraq Azərbaycanı bir növ qınadığını nümayiş etdirir. Bakı artıq buna dözmək fikrində deyil”, - o bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR