ABŞ-nin İraqın Anbar əyalətindəki Ayn-Əl-Əsəd bazasına hücum törədilib.
Bu barədə “Shafaq News” məlumat yayıb.
Bildirilib ki, hərbi baza minaatan atəşinə tutulub. Məlumata əsasən, hərbi obyektin ərazisinə azı iki mərmi düşüb.
Dəymiş zərər və ya hücumu törədənin kimliyi hələlik açıqlanmayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.