Rusiya ordusu Ukraynada döyüş meydanında təşəbbüsü bərpa etmək məqsədilə Şərq cəbhəsində eyni vaxtda çoxsaylı hücum əməliyyatına başlayıb.
Azadmedia.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
Belə ki, “Ukrayna rəsmiləri cəbhə xəttində vəziyyətin çətin olmasına baxmayaraq, ordunun döyüş sahəsinə nəzarəti saxladığını bildirirlər. Ukrayna ordusu hücum əməliyyatlarını davam etdirir və cəbhə boyu, xüsusən Qərbi Zaporojye bölgəsində, eləcə də Xersonun sol sahilində taktiki səviyyədə uğur qazanır. Belə bir vaxtda Rusiya qüvvələri təşəbbüsü tam bərpa etməkdə çətinlik çəkəcəklər”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.