Gürcüstanda ermənilər azərbaycanlılara hücum etdi – saxlanılanlar var
Gürcüstanın Nonitsminda munsipalitetinin Toriya kəndində azərbaycanlılar və ermənilər arasında kütləvi dava olub.
AzadMedia.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, davaya səbəb mal-qaranın qonşu örüş sahəsinə girməsi, torpaq sahiblərinin isə heyvanları qovmasına görə başlayıb.
Toriuya kəndindəki örüşdən mal-qaralarını aparmağa gələn azərbaycanlılar hücuma məruz qalıb. Hadisə iştirakçılarından biri armenpress.am saytına açıqlamasında azərbaycanlılara hücum etdiklərini təsdiqləyib.
"Azərbaycanlılar 3-4 maşında gəldilər. Biz onlardan çox idik və davaya başladıq. Bizdən 3 nəfəri tutublar"-deyə o danışıb.
Gürcüstan polisi faktla bağlı 11 nəfəri saxlayıb. Onların əksəriyyətinin erməni olduğu bildirilir. Bir neçə saatdan sonra onların hamısı azadlığa buraxılıblar. Gürcüstan polisi 2 maddə ilə cinayət işi açıb.