Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi sistemli, hərtərəfli və innovativ xarakter daşıyır
Anar MƏMMƏDOV
Milli Məclisin deputatı
Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi sistemli, hərtərəfli və innovativ
xarakter daşıyır. Bu istiqamətdə müvafiq proqramlar, qanunvericilik aktları qəbul olunub,
bəhs olunan sahədə yeni strateji baxışlar və vəzifələr müəyyən edilib, korrupsiyaya qarşı
mübarizə keyfiyyətcə yeni müstəviyə keçib. Həmçinin, dövlət orqanlarının fəaliyyətində
şəffaflığın daha da artırılması üçün ictimai nəzarət mexanizmlərinin tətbiqinin
genişləndirilməsi, ictimai şuraların fəaliyyətinin səmərəliliyi təmin olunması
istiqamətində addımlar atılması da bu baxımdan xüsusi əhəmiyyətə malikdir.
Сiddi qanun pozuntularına yol vermiş vəzifəli şəxslərin məsuliyyətə cəlb olunması,
həmçinin ictimai nəzarət mexanizmlərinin formalaşdırılması və bu sahədə vətəndaş
cəmiyyəti institutlarının fəallığının təşviq edilməsi də ayrıca qeyd edilməlidir.
Bu istiqamətdə vaxtaşırı olaraq qərarların qəbul edilməsi, həmçinin verilən müvafiq
tapşırıqlara uyğun olaraq davamlı addımların atılması öz növbəsində onu deməyə əsas
verir ki, ölkəmizdə bundan sonra da korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə
qətiyyətlə davam etdiriləcək. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Korrupsiyaya
qarşı mübarizə üzrə Komissiyasının yeni tərkibdə ilk iclasında da bu məsələlər diqqət
mərkəzində olub. Nəticə etibarilə, Azərbaycanda korrupsiyaya qarşı mübarizə
gücləndirilir. Bu isə, şübhəsiz ki, vətəndaş məmnunluğunun yüksəlməsinə xidmət
etməklə yanaşı, dövlətimizin milli gücünün artması baxımından da strateji əhəmiyyətli
faktor kimi mühüm önəm daşıyır.