AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Grandmart” mağazalar şəbəkəsi də “Johnson&Johnson” məhsullarını satışdan çıxarıb

  • + A
  • - A
  • 1-11-2020, 17:20


    “Grandmart” mağazalar şəbəkəsi “Rahat Market” şəbəkəsinin təşəbbüsünü  dəstəkləyərək bütün “Johnson & Johnson” şirkətinin məhsullarını satışdan yığışdırıb.

    Oxu.az-ın “Grandmart” mağazalar şəbəkəsindən əldə etdiyi məlumata görə, bu addım “Johnson & Johnson” şirkətinin paylaşımında separatçı qurumun adını çəkməklə Azərbaycanın ərazi bütövlüyünə hörmətsiz yanaşmasına görə atılıb. 

    Mərkəzi ABŞ-da yerləşən şirkət rəsmən Azərbaycanın ərazi bütövlütünü dəstəkləyən bəyanatla çıxış etməyənədək “Johnson & Johnson” məhsulları “Grandmart” mağazalar şəbəkəsində satılmayacaq.    

    Qeyd edək ki, “Johnson & Johnson” şirkəti rəsmi “Twitter” hesabından dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ qurumunun təbliğini həyata keçirən paylaşım edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR