Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 2-də Gürcüstanın Baş naziri Giorgi Qaxariyaya məktub ünvanlayıb.
Baş nazir Əli Əsədov Gürcüstanda keçirilmiş parlament seçkilərində “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının qalib gəlməsi münasibətilə Baş nazir Giorgi Qaxariyanı təbrik edib.
Bu qələbənin hakim partiyanın uğurlu siyasətinə dost Gürcüstan xalqı tərəfindən verilən yüksək qiymətin təcəssümü olduğu vurğulanıb, Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli inkişafına bundan sonra da töhfə veriləcəyinə əminlik ifadə olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.