AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə Milli Müdafiə Nazirliyi: “Əmin-amanlığın bərpa prosesini yaxından izləyəcəyik” - VİDEO

  • + A
  • - A
  • 14-11-2020, 17:20


    “30 illik işğala son qoyan azərbaycanlı qardaşlarımızın qələbəsini qeyd edirik və sevinclərini bölüşürük”.

    Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin keçirdiyi mətbuat konfransında bildirilib.

    Tədbir zamanı noyabrın 10-dan başlayan Sülh Sazişi ilə Ermənistanın işğalının sona çatdığı və Azərbaycanın doğma yurdu olan Qarabağı azad etdiyi, noyabrın 11-də isə bölgədə atəşkəs rejiminə və bütün hərbi əməliyyatların dayandırılmasına nəzarəti həyata keçirmək üçün Türkiyə-Rusiya Birgə Mərkəzinin yaradılması ilə bağlı anlaşma memorandumu imzalandığı xatırladıldı.

    Müdafiə Nazirliyində Birgə Mərkəzin işinin təşkili ilə əlaqədar prosedur və prinsiplərin Rusiya Federasiyası ilə müzakirə olunduğu, nümayəndə heyətləri arasında ilk görüşün dünən keçirildiyi, bu gün də davam edəcəyi bildirilib.

    “İmzalanmış atəşkəs müqaviləsindəki şərtlərin yerinə yetirilməsini, işğal olunmuş bütün ərazilərin Azərbaycana qaytarılmasını, bölgədə sülh və əmin-amanlığın bərpası prosesini yaxından izləyəcəyimizi, güzəştə getməyə imkan verməyəcəyimizi və ehtiyac olarsa, tərəddüd etmədən Azərbaycana hər cür dəstəyi göstərəcəyimizi bir daha vurğulamaq istəyirik. Azərbaycanın mübarizəsi bizim mübarizəmiz, sevinci sevincimiz, kədəri kədərimizdir”, - deyə tədbirdə qeyd olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR