AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan evinin sədri: rəsmi Parisin işğal amilinə yanaşma tərzi məntiqsiz və anlaşılmazdır

  • + A
  • - A
  • 12-12-2020, 11:44



    Fransanın www.atlantico.fr xəbər portalında "Fransanın rolu. Dağlıq Qarabağ münaqişəsi və ya Fransa humanizminin iflası" başlıqlı məqalə dərc olunub.

    Fransada fəaliyyət gösrətən Azərbaycan Evinin sədri, Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyevanın qələmə aldığı məqalədə rəsmi Parisin beynəlxalq birlik tərəfindən təsbit olunmuş işğal amilinə yanaşma tərzinin məntiqsiz və anlaşılmaz olduğuna diqqət cəlb edilib.

    Məqalədə 1990-cı illərdə bir milyona yaxın azərbaycanlının ermənilər tərəfindən vəhşicəsinə həyata keçirilmiş etnik təmizləməyə məruz qaldığı, doğma torpaqlarından qovulduğu, Xocalı soyqırımı zamanı 613 dinc azərbaycanlının amansızcasına qətlə yetirildiyi yada salınıb.

    Azərbaycanın işğal olunmuş ərazilərinin geri qaytarılmasını tələb edən beynəlxalq sənədlərin mövcud olduğunu, 44 günlük müharibə zamanı Ermənistanın ölkəmizin dinc əhalisinə qarşı yol verdiyi müharibə çinayətlərinin “Amnesty International” və “Human Rights Watch” kimi QHT-lər tərəfindən də təsbit edildiyini, Fransadakı erməni icmasının tərəfsiz, prinsipial fransız jurnalistlərinə qarşı nifrət kampaniyaları təşkil etdikləri və ölümlə hədələdiklərini vurğulayan müəllif sual edir: "Bu, fransız humanizminin dəyişkən məntiqi ilə necə izah ediləcək? ...işğal olunmuş ərazilərdən geri çəkilmə zamanı ermənilər tərəfindən qəbiristanlıqların, məscidlərin alçaldılması və dağıdılmasına, meşələrin kəsilməsi və yandırılmasına, mədəni irsin, təbiətin məhv edilməsinə nə ad vermək olar? Fransa humanizminin məhvinə gətirən bu məntiqi necə izah etmək olar?".

    Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin dərhal və qeyd-şərtsiz azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin Fransa tərəfindən də dəstəkləndiyini xatırladan müəllif bildirir ki, rəsmi Paris öhdəliyinə əməl etməlidir.

    Milli Assambleyanın və senatın mövqeyi ilə razılaşmayan Fransa Xarici işlər naziri Jan Iv Le Drianın “bu, vasitəçi rolumuzdan imtina etmək deməkdir” açıqlamasını xatırladan müəllif bildirir: "Ümid edək ki, nazirin sözləri Fransa humanizminin ölmədiyini göstərir".

    Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
    https://www.atlantico.fr/decryptage/3594536/le-conflit-du-haut-karabakh-ou-la-faillite-de-l-humanisme-francais-france-armenie-azerbaidjan-conflit-defense-guerre-neutralite-mirvari-fataliyeva-


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR