AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Alpinistlərimiz, Qızılqaya dağ massivinə “2783 şəhid xatirəsinə Xarıbülbül lövhəsini” yerləşdirib - FOTO

  • + A
  • - A
  • 14-12-2020, 13:34



    Bu gün biz Azərbaycan alpinistləri Qızılqaya dağ massivində dəniz səviyyəsindən 2783m hündürlükdə, adsız yüksəkliklərdən birində Vətən müharibəsində şəhid olmuş 2783 nəfər Silahlı Qüvvələrimizin hərbi qulluqçularının şərəfinə xatirə lövhəsi yerləşdirdik.

    Xarıbülbül gülü formasında hazırlanmış lövhə üzərində 2783 rəqəmi həkk olunmuşdur.

    Xınalıq-Qalaxudat hiking marşurutunun yaxınlığında yerləşəcək bu lövhənin gələcəkdə ərazidən keçən yerli və xarici turistlərin məlumatlandırılmasında mühüm rol oynayacağına inanırıq. Şəhidlərimizə Allahdan rəhmət diləyir və Vətənimizin hər qarışı üçün onlara borclu olduğumuzu unutdurmayacağımıza söz veririk!

    Qarabağ Azərbaycandır! #peak2783

    Hərəniz bir zirvəsiniz





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR