“Azərbaycanda yanvarın 27-də şagirdlərin qış tətili başlayır”.
Bunu xüsusi karantin rejimi dövründə məktəbdaxili qiymətləndirmənin müvəqqəti qaydaları barədə danışan Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu bildirib.
Onun sözlərinə görə, qış tətili fevralın 1-dək davam edəcək:
“Həmin gün tədris ilinin ikinci yarımili başlayacaq. Yanvarın 27-nə qədər hansı gün qiymətləndirilmə keçiriləcəksə, qiymətləndirmə tarixləri elə həmin gün üçün də qeyd ediləcək”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.