İraqın paytaxtı Bağdadda baş verən terror aktı nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb, 110 iraqlı isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
“RİA Novosti” xəbər verir ki, bu barədə İraqın Səhiyyə Nazirliyi məlumat yayıb.
14:48
İraqın paytaxtı Bağdadda onlarla insanın ölümü ilə nəticələnən terror aktının baş verdiyi an kameralara düşüb.
Bununla bağlı görüntüləri “Baza” “Telegram” kanalı yayımlayıb.
Xatırladaq ki, Bağdadda Tayaran meydanında yerləşən bazarda iki partlayış baş verib. Nəticədə 31 nəfər ölüb, 70-dən çox insan yaralanıb.
Partlayışlara səbəb kamikadzelərin özlərini partlatması olub.
Ölü və yaralı sayının artacağı istisna edilmir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.