AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropa çempionumuz “Böyük Dəbilqə”nin mükafatçısı oldu

  • + A
  • - A
  • 6-03-2021, 17:47


    Azərbaycan cüdoçusu Rüstəm Orucov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük Dəbilqə” yarışında bürünc medal qazanıb.

    73 kq çəki dərəcəsində çıxış edən idmançı yerli cüdoçu Abidxan Nomanova vaza-ari xalı ilə qalib gəlib.

    Qeyd edək ki, Olimpiya və dünya mükafatçısı, Avropa çempionu bu gün Martin Xoyaka (Sloveniya), Oleq Babqoyevə (Rusiya) qalib gəlib, Ferdinan Karapetyana (Ermənistan) uduzub. Daha sonra o, bürünc medal döyüşünə çıxmazdan əvvəl təsəlliverici yarışda digər özbək idmançısı Muradcan Yoldaşova qalib gəlib.

    Onu da bildirək ki, bu, dünən start götürmüş yarışda ilk medalımızdır. Sabah turnirə yekun vurulacaq. Millimizin daha üç üzvü yarışda iştirak edəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR