AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nazirlik fermerlərə SMS göndərir

  • + A
  • - A
  • 30-03-2021, 12:56


    Azərbaycanda iqlim stansiyalarından alınan məlumatların fermerlərə ötürülməsi ilə əlaqədar ilk pilot layihə uğurla həyata keçirilir.

    Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata əsasən, pilot layihə ilk dəfə Quba, Qusar, Xaçmaz və Şamaxı rayonlarında tətbiq olunub.

    Bu rayonlarda 60-a yaxın kəndi əhatə edən beş stansiya fəaliyyətə başlayıb. İlkin mərhələdə hədəf bitkilər olaraq alma, gilas, nektarin, şaftalı və üzüm bitkiləri müəyyən olunub.

    Mart ayında iqlim stansiyalarının əhatə dairəsində olan kəndlərdə alma, gilas, nektarin və şaftalı sahələri üzrə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin bazasında qeydiyyatda olan 5 800-dən atıq fermerə baş verə biləcək risklər barədə SMS bildirişlər göndərilib.

    Eyni zamanda, risk məlumatlarının daha ətraflı və çevik ötürülməsi məqsədilə “Rəqəmsal Kənd Təsərrüfatı” adlı “Telegram” kanalı yaradılıb və fermerlərin bu kanala cəlb edilməsi üçün mütəmadi işlər aparılır.

    İqlim stansiyaları bitkilərin inkişaf prosesində xəstəlik və zərərvericilərin inkişaf fazasını müşahidə etməyə, buna uyğun olaraq sahə işlərini vaxtında və düzgün proqnozlaşdırmağa imkan verən müasir innovativ sistemdir. Bu sistemin köməkliyi ilə fermerlərə meyvə bağlarında üzləşə biləcəkləri risklərlə bağlı SMS bildirişlər göndərilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR