AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Unibankdan biznes sahibləri üçün Bahar kampaniyası

  • + A
  • - A
  • 13-04-2021, 15:33

    Unibankdan biznes sahibləri üçün Bahar kampaniyası

    Unibank kiçik və orta sahibkarlar üçün sərfəli kredit kampaniyasının vaxtını uzadıb. Biznes sahibləri aprelin 30-dək daha aşağı faizlə kredit götürə bilərlər. Biznesin ən uğurlu inkişaf fəsli olan baharda, Unibank kiçik və orta sahibkarlar üçün sərfəli maliyyə vəsaitinin doğru ünvanına çevrilib. Biznesini daha da böyütmək, inkişaf etdirmək istəyən sahibkarlar kampaniya çərçivəsində 3%-dək endirimli biznes kreditini 0% komissiya ilə götürmək imkanı qazanırlar.

    Kampaniyadan faydalanmaq istəyən sahibkarlar ayın sonunadək həftə içi “Unibank”ın “Sumqayıt”, “Xırdalan”, “Əcəmi”, “İnşaatçılar”, “Əhmədli”, “Bakıxanov”, “Mərdəkan”, “Nərimanov”, “Neftçilər”, “Quba”, “Xaçmaz”, “Şəki”, “İsmayıllı”, “Bərdə”, “Şəmkir”, “Gəncə”, “Kəpəz”, “Tovuz”, “Mingəçevir”, “Salyan” və “Lənkəran” filiallarına müraciət edə bilərlər.

    Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə hər kəsin xidmətindədir. Bankın filialları həftənin 5 günü nahar fasiləsi olmadan, fəaliyyət göstərir.

    Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az, https://www.instagram.com/unibank.az/ https://twitter.com/unibank) əldə etmək olar.

    Unibank-biznesinizə daimi dəstək!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR