AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda vəzifəli şəxslər aeroportda əlbəyaxa oldu

  • + A
  • - A
  • 2-06-2021, 19:16




    Gəncə Hava Limanında vəzifəli şəxslər arasında dava olub.

    AzadMedia.az-ın Report-a istinadən xəbərinə görə, hava limanının Aviasiya Təhlükəsizliyi xidmətinin rəisi Akif Alıyev və Yerüstü xidmət sahəsinin növbətçi rəisi Elcan Babayev əlbəyaxa olublar. Dava zamanı onlar bir-birinə xəsarət yetiriblər.

    Hadisə hər iki şəxsin xidmətdə olduğu zaman baş verib. A.Alıyev və E.Babayev arasında əvvəllər də mübahisə olduğu bildirilir.

    İnsidentə polis müdaxilə edib. Hazırda fakt araşdırılır.

    ***

    “Azərbaycan Hava Yolları” QSC (AZAL) Gəncə Hava Limanında vəzifəli şəxslər arasında dava olmasına münasibət bildirib.

    Mətbuat katibi Paşa Kəsəmənski vəzifəli əməkdaşlar əlbəyaxa deyil, söz davasına çıxdığını deyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR