Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri Rüstəm Muradov bu gün İrəvana gələcək.
Bu barədə "Joqovurd” qəzeti yazıb.
Məlumata görə, Muradov ötən gün Moskvada Ermənistan, Azərbaycan və Rusiya nümayəndələrinin iştirakı ilə üçtərəfli danışıqlara iştirak edib. Bildirilib ki, danışıqlarda müzakirə edilən əsas məsələ müharibədən sonra təxribata əl atan diversantların qaytarılması olub:
“Hansı yekun qərara gəlindiyi barədə dəqiq məlumat yoxdur, lakin müsbət bir məlumatın olmadığı deyilir".
General Muradovun Moskva görüşü barədə İrəvanda danışıqlar aparacağı gözlənilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.