“Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjeti Ermənistandakı növbədənkənar parlament seçkilərinə həsr olunub.
“Ermənistandakı seçkiqabağı kampaniya gözlənilmədən bütün dünyaya qeyri-adi şəxsiyyətləri tanıtdı. Elə bir şəxsiyyətləri ki, onların yanında həkim Cekil və mister Haydın vəhdəti olduqca məsum görünür. Aydın məsələdir ki, bu seçkiqabağı vurhavurda mandat axtarışında olanlar şərti olaraq rusiyapərəst və qərbyönümlü olmaqla iki hissəyə ayrılırlar. Lakin hamısı, heç şübhəsiz ki, iztirablı ana torpağın vətənpərvər övladlarıdır”, - deyə süjetdə bildirilir.
Sonra materialda seçki prosesinə qatılan siyasi qüvvələrin təhlili verilir.