AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ADAU-da Milli Qurtuluş Günü qeyd edildi

  • + A
  • - A
  • 14-06-2021, 23:00


    Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyun ayının 15-də ölkə rəhbərliyinə qayıdışı respublikamızda Milli Qurtuluş günü kimi geniş qeyd edilir.
    Bu əlamətdar gün münasibətilə ADAU-da xüsusi karantin rejiminə əməl olunmaqla tədbir təşkil edilib, ulu öndər Heydər Əliyevin Akademiyadakı büstü önünə gül dəstələri qoyulub, əziz və işıqlı xatirəsi dərin ehtiramla yad olunub.
    ADAU-nun rektoru professor İbrahim Cəfərov ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında fədakar fəaliyyətindən, xilaskarlıq missiyasından bəhs edib, Rektor bildirib ki, dahi şəxsiyyət Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ulu Öndərin bu arzusunu, ən ümdə vəsiyyətini şərəflə yerinə yetirən ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız 30 illik erməni işğalından azad edildi, xalqımız öz dədə-baba yurdlarına qovuşdu.
    Ulu Öndərin uca ruhunun şad olduğunu söyləyən rektor dövlət başçısı tərəfindən və Heydər Əliyev Fondunun rəhbəri, respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə azad olmuş ərazilərimizdə nəhəng bərpa-quruculuq işlərinin aparıldığını qeyd edib, torpaqlarımızın dirçələcəyini və orada yenidən həyatın tezliklə qaynayacağını vurğulayıb.
    Tədbirdə digər çıxış edənlər Ulu Öndərin dövlətçilik amallarına daim sadiq qalacaqlarını, dahi öndərin işıqlı xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını söyləyiblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR