AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezident onu “Azərxalça”ya sədr müavini TƏYİN ETDİ

  • + A
  • - A
  • 25-06-2021, 17:52



    “Azərxalça” ASC-nin İdarə Heyətinə sədr müavini təyin edilib.

    Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

    Sərəncama əsasən, sözügedən vəzifə Ceyhun Əlibəyova həvalə olunub.

    O, Azərbaycan Dövlət Rəssamlıq Məktəbində rəsmxətt və rəsm müəllimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində isə qrafik rəssam ixtisası üzrə təhsil alıb, bundan əvvəl həm yerli, həm də beynəlxalq korporasiyalarda 15 il müddətində rəhbər vəzifələrdə çalışıb. “GlaxoSmithKline” (GSK) şirkətində müxtəlif vaxtlarda Azəbaycan və Gürcüstan nümayəndəliklərinin rəhbəri və MDB regionunda biznesin inkişafı üzrə koordinator kimi fəaliyyət göstərib.

    C. Əlibəyovun biznesin inkişafı üzrə strategiyanın yaradılması, layihələrin aparılması və həyata keçirilməsi , maliyyənin idarə edilməsi, satış və marketinq kimi sahələr üzrə böyük təcrübəsi var.

    Prezident onu “Azərxalça”ya sədr müavini TƏYİN ETDİ


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR