Bakı Dövlət Universiteti beynəlxalq jurnalistika kafedrasının dosenti, tarix elmləri namizədi İlham Abbas oğlu Mazanlı vəfat edib.
“Azadmedia.az” xəbər verir ki, bununla bağlı onun həmkarları sosial şəbəkələrdə məlumat yayıb.
Alimin ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, İ.Mazanlı 1995-cı ildə Gənclər və İdman Nazirliyi Beynəlxalq Əlaqələr İdarəsinin rəisi işləyib.
1996-2001-cı illərdə Nazirlər Kabineti strukturunda Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası İşçi qrupu rəhbərinin müavini, Qaçqınlarla və məcburi köçkünlərlə iş şöbəsi müdirinin müavini – Beynəlxalq humantar təşkilatlarla iş bölməsinin müdiri vəzifələrində çalışıb.
2001-2011-cı illərdə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyi Miqrasiya İformasiya Mərkəzinin direktoru vəzifəsində işləyib.
2003-cü ildən Bakı Dövlət Universiteti beynəlxalq jurnalistika kafedrasının dosenti olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.