Türkiyədə elektrik enerjisinin qiyməti 15 faiz bahalaşıb.
AzadMedia.az xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı məlumat yayıb.
"Elektrik istehsalındakı xərclərin artımı səbəbindən 1 iyul 2021 tarixindən etibarən qüvvədə olan bütün abonent qrupları üçün elektrik enerjisinin satış qiymətləri 15% qaldırılıb.
Bu çərçivədə, 1 iyul 2021-ci il tarixindən etibarən yaşayış abonentləri 100 kilovat-saat elektrik enerjisi üçün vergi və maliyyə ödənişləri də daxil olmaqla 91,56 Türk Lirası (17,90 AZN ) ödəyəcəklər", - deyə açıqlamada qeyd olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.