İğdırlı iş adamı, eyni zamanda İğdır Naxçıvana yardım komitəsinin yaradıcısı Zekeriyya Aslantürk Disporla İş üzrə Dövlət Komitəsi tərəfindən xüsusi təşəkkürnamə ilə təltif edilib. Komitədə baş tutan görüş zamanı Zekeriyya Aslantürkün Azərbaycana, xüsusən də Naxçıvanın blokdada olduğu vaxtlarda etdiyi yardımlar və onun vasitəsi ilə Muxtar respublika əhalisinin çətinliklərə sinə gəlməsindən danışılıb.
Azərbaycanı öz vətəni kimi qəbul etdiyini, deyən Z.Aslantürk Heydər Əliyevlə olan münasibətindən, Türkiyə-Azərbaycan qardaşlığında İğdırlı soydaşlarımızın rolundan bəhs edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.