Vaxt var idi Konstitusiya Gününün mənası vardı, onu qeyd etmək mənalı idi. Bu gün davamlı şəkildə Konstitusiyanın yarandığı günü – 5 iyulu necə qeyd edək?
Azadmedia.az xəbər verir ki, bunu Ermənistanın sabiq müdafiə nazirinin müavini Ardak Zakaryan Feysbuk səhifəsində paylaşımında yazıb. O, 2018-ci ildən etibarən bu tarixlərin tədricən mənasını itirdiyini qeyd edir.
“Silahlı qüvvələr gününü - 28 yanvar tarixini necə qeyd edək ki, ordudan təkcə nazir və baş qərargah rəisi qalıb, ölkə təhlükəsizliyinin qarantı deyiləndə isə Rusiyanın dövlət rəmzləri yada düşür”, - Zakaryan deyib.
Ölkəsinin bayram günlərini xəcalət günləri kimi qeyd etməli olduğunu məsləhət görən sabiq nazir müavini yazır:
“Mayın 8-ni, noyabrın 9-nu (Kapitulyasiya günü) və iyunun 20-ni (Paşinyanın rəhbərlik etdiyi partiyanın seçkilərdə qalib gəldiyi gün) “milli biabırçılıq günləri” kimi qeyd etmək daha ədalətli olardı”.