“Qurban bayramı ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyi aidiyyəti dövlət qurumları ilə birgə mütəmadi olaraq hazırlıq işləri həyata keçirir”.
Bu barədə Agentliyin şöbə müdiri Mansur Piriyev danışıb.
O bildirib ki, AQTA əməkdaşları həm paytaxt Bakıda, həm də respublikanın digər bölgələrində Qurban bayramı ilə əlaqədar qurulacaq stasionar kəsim məntəqələrinin müəyyənləşdirilməsi ilə bağlı yerli icra orqanları ilə birgə işlər aparırlar:
“Həmin ünvanlarla bağlı yaxın günlərdə ictimaiyyətə açıqlama veriləcək. İstənilən halda vətəndaşlarımız Qurban bayramını pandemiya dövrünün tələblərinə uyğun olaraq keçirməyə maraqlı olmalıdırlar”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.