AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ərdoğan İstanbuldakı erməni kilsəsi ilə bağlı insidenti təxribat adlandırdı

  • + A
  • - A
  • 12-07-2021, 23:23



    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə ölkənin Nazirər Kabinetinin növbəti toplantısı keçirilib.

    “TRT Haber” bildirir ki, toplantıdan sonra təşkil olunan ənənəvi brifinqdə dövlət başçısı bir çox məsələlərlə yanaşı, ötən gecə İstanbulun Kadıköy məhəlləsindəki erməni kilsəsi ilə bağlı insidentə də münasibət bildirib.

    Ərdoğan baş verənləri hörmətsizlik və xalqların birliyinə qarşı təxribat adlandırıb.

    Xatırladaq ki, dünən gecə saatlarında bir qrup içkili erməni “Surb Takavor” kilsəsinin divarına çıxaraq rəqs edib. Müvafiq görüntülər sosial şəbəkələrdə yayılaraq Türkiyə ictimaiyyətində geniş əks-səda doğurub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR