AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Magistraturaya boş qalan plan yerlərinin sayı AÇIQLANDI

  • + A
  • - A
  • 13-07-2021, 12:49

    Magistraturaya boş qalan plan yerlərinin sayı AÇIQLANDI


    Ali təhsilin magistratura səviyyəsinə boş qalan plan yerlərinin sayı açıqlanıb.

    Dövlət İmtahan Mərkəzindən AzadMedia.az-a bildirilib ki, müsabiqə üçün 11135 plan yeri təqdim olunub. Bu plan yerlərindən 3812 yer dövlət sifarişlidir.

    Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 14981 bakalavrdan 10350 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Qəbul olunanlardan 3766 nəfər dövlət sifarişi, 6584 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. Onlardan 6790 nəfər ali təhsil müəssisələrinin cari, 3560 nəfər isə əvvəlki illərin məzunudur.

    Beləliklə, 11135 plan yerindən 785 yer qalıb ki, onun da 46-sı dövlət sifarişli yerlərdir.

    Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı da elan olunacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR