AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bayram günlərində avtomobillərini texniki baxışdan keçirmək istəyənlərin NƏZƏRİNƏ

  • + A
  • - A
  • 16-07-2021, 10:04


    Qurban bayramı ilə əlaqədar 2021-ci il iyul ayının 18-dən 22-dək qeyri-iş günləri olması, eyni zamanda bayram günlərində polisin gücləndirilmiş iş rejimində xidmət aparması və belə günlərdə vətəndaşların asudə vaxtlarının daha çox olması nəzərə alınaraq, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi üçün paytaxtın Sabunçu rayonu ərazisində yerləşən Texniki Müayinə Mərkəzi, Qaradağ rayonunda yerləşən (Sədərək Ticarət Mərkəzinin yanı) Müayinə Mərkəzi, habelə respublikаnın digər rаyonlаrındаkı regional qeydiyyat-imtahan və texniki baxış şöbələri həmin qeyri-iş günlərində də saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq fəaliyyət göstərəcək.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev məlumat verib.

    "Odur ki, avtomobil sahibləri və sürücülər fürsətdən istifadə edib nəqliyyat vasitələrini texniki baxışa təqdim edə bilərlər", - o, əlavə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR