AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hazırda tariximizin ən şanlı və şərəfli günlərindən birini yaşayırıq

  • + A
  • - A
  • 23-08-2021, 10:59


    Ceyhun Məmmədov,
    Milli Məclisin deputatı

    Hər il xalqımız 23 Avqustu Azərbaycanın dilbər, fisünkar güşələrindən biri - Cəbrayılın işğalı günü kimi qeyd edirdi. Bu il Azərbaycan xalqı 23 avqustu qələbə əhval-ruhiyyəsi ilə keçirir. Sevinirik ki, artıq həsrətə son qoyulub, torpaqlarımız işğaldan azad olunub, doğma yurda qayıdacağımız gün uzaqda deyil.
    Bu bir reallıqdır ki, Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmayıb. Hazırda tariximizin ən şanlı və şərəfli günlərindən birini yaşayırıq. Dünyada çoxlu xalqlar və dillər var, ancaq onların hamısına dövlət qurmaq nəsib olmayıb. Heç şübhəsiz ki, müstəqillik böyük nemət və xoşbəxtlikdir. Bu gün qarşıda duran ən vacib və mühüm vəzifə bu müstəqilliyi və Vətən müharibəsində əldə etdiyimiz qələbəni qorumaqdır.
    Nəzərə almalıyıq ki, hazırda regionda və dünyada ciddi proseslər gedir. Dünya nizamı və bir sıra ölkələrdə sabitlik ciddi pozulub. Düşmən havadarlarına güvənərək davamlı olaraq atəşkəsi pozur, ciddi informasiya müharibəsi aparır.
    Bu həssas mərhələdə kimliyindən asılı olmayaraq hər birimiz bütün zərbəni bir hədəfə vurmalıyıq. İndi yalnız bir amalımız olmalıdır, əldə etdiyimiz qələbəni qorumaq və möhkəmləndirmək.
    Qarşıda bizi böyük işlər gözləyir. Düşməndən azad olunan əraziləri tez bir zamanda bərpa etmək, doğma yurdda həyatın öz axarına qayıtması üçün səylə çalışmaq. Hər birimiz bu günü səbirsizliklə gözləyirdik.
    Biz əminik ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Azərbaycan ordusunun rəşadəti ilə bütün torpaqlarımızı tezliklə işğaldan azad edəcəyik. Buna nail olmaq üçün öncə ölkəmizdəki sabitliyi, əmin-amanlığı və birliyi təmin etməkdir. Bu gün düşmənin əsas məqsədi ölkəmizdə sabitliyi, birlik və bərabərliyi pozmaqdır. Bunun baş verməməsi üçün birliyimizi, həmrəyliyimizi və ölkəmizdəki sabitliyi qorumalıyıq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR