Masallı rayonu Mahmudavar kəndində Şəhidlər Abidəsinin açılış mərasimi keçirilib.
Azadmedia.az-ın Cənub bürosunun verdiyi məlumata görə, açılış mərasimində Rayon İcra Hakimiyyəti Başçısı Şahin Məmmədov, millət vəkilləri Məşhur Məmmədov, Anar İsgəndərov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və kənd camaatı iştirak ediblər.
Qeyd edək ki, çıxış edənlər Şəhidlərin qəhrəmanlıq yolundan və dövlətin şəhid ailələrinə qayğısından söz açıblar.
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə yüksələn həmvətənlərimizin qəhrəmanlığı gənc nəsillər üçün örnəkdir. Onların xatirəsini əbədiləşdirən hər bir abidə müqəddəs ziyarətgahdır. Şəhidlərin xatirəsi qəlblərdə əbədi yaşayacaq.