AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu təhdid mesajı İrandan Ermənistana göndərilən yükləri nəzarətə götürməyimizdən qaynaqlandı

  • + A
  • - A
  • 21-09-2021, 10:38

    Bu təhdid mesajı İrandan Ermənistana göndərilən yükləri nəzarətə götürməyimizdən qaynaqlandı

    Xəlil Xəlilov
    İranın dini liderlərlərindən biri Ərdəbil şeyxinin İran şirin quyruğu ilə oynamayın, - deməsi haqlı olaraq Azərbaycan cəmiyyətində yaxşı qarşılanmadı. Çünki açıq-aşkar bu mesajda təhdid var. Azərbaycanın İranla normal diplomatik münasibətləri var. Cənab Prezident İlham Əliyev də həmişə İranı qonşu, dost ölkə kimi təqdim edir. O zaman şirin quyruğu harda tapdalanır? Ermənistandamı? Öz aləmində 1 güllə ilə 2 dovşan vurduğuni fərz edən İran bu məntiqlə həm də erməniləri açıq-aşkar himayə etdiklərini etiraf etmiş olur. Bu təhdid mesajı rəsmi Bakının Qarabağda təhlükəsizlik tədbirləri ilə bağlı Gorusda gömrük qurması və İran ərazisindən Ermənistana göndərilən yükləri nəzarətə götürməsindən qaynaqlandı, bu o deməkdir ki, sərhəd ərazilərində gedən proseslər İranı möhkəm qıcıqlandırıb. İranın Araz çayı ətrafında güc göstərisi nümayiş etdirməsi, onun Azərbaycanın artan nüfuzundan narahat olmasını göstərir. İran unutmamalıdır ki, bölgədə hazırda söz sahibinə çevrilən Azərbaycanla bu cür təhdid dili ilə danışılması İranın gələcəyi üçün fəlakətlə nəticələnə bilər. Çünki bölgədə Azərbaycan artıq tək güc hesab olunmur. Azərbaycan ətrafında Türkiyə, Pakistan hərbi İttifaqının, İsrail tərəfdaşlığını, həmçinin illərdi İranla müharibə vəziyyətində olan ABŞ-ın da bu tərəfdaşlığa qoşulacağını nəzərə alsaq, İranın artıq bölgədə təklənmiş ölkəyə çevrildiyini görərik. Ölkə olaraq bu vəziyyətdə qarşılığın yaranmasını istəmirik. İran unutmasın ki, lazım gəlsə cənublu soydaşlarımız ayağa qalxar, onların ayağa qalxması İranın qoxulu röyasıdır.
    Meydan TV-də ölkəmizdə talışlara qarşı ayrıseçkilik edilməsi barədə reportajın hardan qaynaqlandığını müəyyən etmək o qədər çətin deyil. Ölkədəki birliyi məhv etmək, təxribatlar yaratmaq kimə lazımdır? Əlbəttə ki, Azərbaycanın regionda söz sahibi olmasından narahat olanlara. Bədxahlar unudurlar ki, beynəlxalq aləmdə multukultural ölkə kimi tanınan, bu mövzuda neçə möhtəşəm tədbirlərə ev sahibliyi edən Azərbaycanda bütün xalqların nümayəndələri bərabərhüquqludur, bir birlərinə müəyyən tellərlə bağlıdırlar. Bunun bariz nümunəsini 44 günlük Vətən müharibəsində bütün dünya gördü. Qardaşlıq münasibətində olan xalqların birliyini pozmaq yalnız özünü Azərbaycana düşmən bilən ölkəyə lazımdır.
    Təəssüf ki, dini liderlərimiz hələki bu mövzuda susqundu. Amma hər bir əli qələm, dili söz tutan vətəndaşımız İrana cavab vermək gücündüdər. Azərbaycan müzəffər ordusu olan qüdrətli bir ölkədir! Lazımi güc strukturlarımız, söz sahiblərimiz İrana layiq olduğu şəkildə cavab verəcək. Böyük ehtimal, şirin quyruğun kəsib özlərinə göndərəcəyik ki, sahiblik edə biısinlər, ələ-ayağa çox dolaşmasın


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR