Bugünlərdə Milli Məclisin deputatı Eldar İbrahimov Özbəkistan Prezidenti Şövkət Mirziyoyevin sərəncamı ilə “Özbəkistan Respublikasının müstəqilliyinin 30 illiyi” döş nişanı ilə təltif edilib.
Sentyabrın 22-də Özbəkistanın Azərbaycandakı səfirliyində keçirilən tədbirdə səfir Baxrom Aşrafxanov mükafatı Eldar İbrahimova təqdim edərək bildirib ki, o, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri və “Azərbaycan-Özbəkistan” Dostluq Cəmiyyətinin sədri kimi iki ölkə arasında parlamentlərarası münasibətlərin inkişafına, dostluq və qardaşlıq əlaqələrinin güclənməsinə verdiyi mühüm töhfələrə görə bu mükafata layiq görülüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.