AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu ölkənin baş naziri istefa verdi

  • + A
  • - A
  • 7-10-2021, 09:53


    Peruda Baş nazir Quido Bellido və bütün kabinet üzvləri istefa veriblər.

    Prezident Pedro Kastillo Baş nazir Bellido da daxil olmaqla bütün kabinetinin istefa verdiyini təsdiqləyib və yeni kabinetin bu axşam and içəcəyini bildirib.

    "Xidmətlərinizə görə təşəkkür edirəm. Sizə bildirmək istəyirəm ki, yeni kabinet bu axşam and içəcək",- deyə Kastillo bildirib.

    İstefa məktubunda Bellido, "Bütün vəzifələri yerinə yetirdikdən sonra, tələb etdiyiniz kimi, vəzifəmdən istefa verirəm",- ifadə edib. Ölkədəki yeni kabinetin bu gecə yerli vaxtla saat 20:00-da and içəcəyi gözlənilir.

    Qeyde dək ki, Peruda keçirilən prezident seçkilərində qalib gələn Kastillo iyulun 28 -də and içib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR