AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda “Porsche” ilə piyadanı vurub öldürdü - Video

  • + A
  • - A
  • 3-11-2021, 15:59


    Dünən axşam saatlarında Bakıda “Porsche” markalı minik avtomobilini idarə edən şəxs piyadanı vuraraq ölümünə səbəb olub.

    Hadisə Xətai rayonunun Nobel prospektində baş verib.

    1974-cü il təvəllüdlü Soltanov Teymur Ziyad oğlu idarə etdiyi 99 DR 555 nömrəli “Porsche” markalı avtomobillə yolu keçən piyada 1953-cü il təvəllüdlü Xanbutayeva Kimsəxanım Xanbala qızını vurub.

    Qəza nəticəsində piyada hadisə yerində ölüb. Faktla bağlı Xətai RPİ-də araşdırma aparılır.

    Qeyd edək ki, sözügedən prospektdə uzun illərdir mütəmadi olaraq piyadaların vurulması ilə nəticələnən yol qəzaları olur. "Qafqazinfo" 2016-cı ildə yolun “Elektrotok” qəsəbəsi ərazisindən keçən hissəsindən reportajlar hazırlayıb.

    Həmin zaman sakinlər bildirirdilər ki, yolun nizamlanmayan hissəsindən keçmələrinin səbəbi işıqforun və piyada xəttinin olmaması, yerüstü piyada keçidinin bir neçə kilometr uzaqda yerləşməsidir. Görünür, illər keçsə də, problem hələ də həllini tapmadan qalır.

    “Qafqazinfo”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR