AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran nüvə silahı hissələrinin istehsalına başlayıb?

  • + A
  • - A
  • 18-11-2021, 19:00


    İran Kərəc şəhərində yerləşən zavodda uranın zənginləşdirilməsi üçün sentrifuqa avadanlıqlarının istehsalını tam bərpa edib.

    AzadMedia.az "Wall Street Journal"ına istinadən xəbər verir ki, qərbli diplomatlar nüvə sentrifuqaları üçün avadanlığın istehsalı İranla nüvə sazişinə dair danışıqları bərpa etmək istəyən ABŞ prezidenti Co Bayden administrasiyası üçün problemli məsələyə çevrilib.

    Diplomatlar həmçinin qeyd ediblər ki, Tehranın qərbində yerləşən Kərəc şəhərindəki obyektdə istehsalın bərpası İranın nüvə silahına sahib olacağına dair narahatlıq yaradır.

    Qeyd edək ki, sentrifuqalar zənginləşdirilmiş uranın daha yüksək saflıq səviyyəsinə çıxarılması məqsədilə mülki məqsədlər üçün və ya nüvə silahı üçün istifadə olunur.

    Xatırladaq ki, Kərəc zavodunda işlər iyun ayında - müəssisəyə düzənlənən hücumdan sonra dayandırılıb.

    İran hücumda İsraili günahlandırsa da, İsrail tərəfi bu iddiaları rədd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR