AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

XİN naziri ATƏT-in media azadlığı üzrə nümayəndəsi Teresa Ribeiro ilə görüşüb

  • + A
  • - A
  • 3-12-2021, 19:09




    3 dekabr 2021-ci il tarixində, Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclası çərçivəsində ATƏT-in media azadlığı üzrə nümayəndəsi Teresa Ribeiro ilə görüşüb.

    XİN-dən Azadmedia.az-a verilən məlumata görə, Nazir Ceyhun Bayramov, xanım Teresa Ribeiroya Azərbaycanda media azadlığı istiqamətində görülən işlər barəsində geniş məlumat verib.

    Görüş zamanı, ATƏT-ə bütün üzv dövlətlər tərəfindən ATƏT Nizamnaməsi çərçivəsində öz öhdəliklərinin icrasının zəruriliyi barədə fikir mübadiləsi aparılıb.

    Qarşı tərəfə bölgədəki cari təhlükəsizlik vəziyyəti haqqında məlumat verən nazir Ceyhun Bayramov, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün atılmalı addımlar, ilk növbədə isə imzalanmış üçtərəfli bəyanatların tam icrası ilə bağlı məsələləri həmsöhbətinin diqqətinə çatdırdı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR