Prezident İlham Əliyevin 60 illik yubileyinə həsr olunan “Prezident. Təkrarsız diplomatiya” adlı sənədli film hazırlanıb.
Kult.az xəbər verir ki, filmdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstanın birinci Prezidenti, Elbaşı Nursultan Nazarbayev, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Patriarx Kirill və digərlərinin müsahibələri yer alıb.
Sənədli film dekabrın 24-də Azərbaycan Dövlət Televiziyasında (AzTV) nümayiş olunacaq.
Qeyd edək ki, 24 dekabrda Prezident İlham Əliyevin ad günüdür.