AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə karantin müddətini 7 günə endirdi

  • + A
  • - A
  • 6-01-2022, 08:47


    Türkiyənin Səhiyyə naziri Fahrettin Koca, videokonfrans vasitəsilə keçirilən Koronavirus Elmi Komitəsinin iclasından sonra ölkədə koronavirusa yoluxmuş şəxslərin karantində qalmaq müddəti ilə bağlı dəyişiklər edildiyini açıqlayıb.

    Nazirin rəsmi "Twitter" səhifəsində yerləşdirilmiş açıqlamada bildirilir ki, iclasda epidemiya ilə bağlı məsələlər, karantin qaydaları və peyvənd proqramı müzakirə olunub. Nazir həmçinin vurğulayıb ki, koronavirusun "omicron" ştammı, gözlənildiyi kimi, yoluxanların sayında əhəmiyyətli artıma səbəb olub.

    "Koronavirusa yoluxanların karantin müddəti 7 gün müəyyən edilib. 7-ci gündən sonra yüngül və ya simptomları olmayan insanlar üçün karantin müddəti başa çatır. Onlar 5-ci gün testdən keçərsə və testin nəticəsi mənfi olarsa, karantin müddəti başa çatır", - deyə Koca bildirib.

    O, əlavə edib ki, məktəblərdə maskadan istifadə, gigiyena qaydalarına riayət etmək və otaqların havalandırılması qaydalarına tam riayət etmək tələb olunur.

    "Məktəblərdə əyani tədris davam edəcək. Ölkəmizdəki bütün qurumlar bağlanmayana qədər məktəblərimiz bağlanmayacaq", - deyə Fahrettin Koca vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR