AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Narkomaniya və sağlam həyat tərzi” mövzusunda təlim keçirildi – FOTO

  • + A
  • - A
  • 24-02-2022, 22:10

    “Narkomaniya və sağlam həyat tərzi” mövzusunda təlim keçirildi – FOTO

    24 fevral 2022-ci il tarixində, Qardağ rayonu Lökbatan qəsəbəsində yerləşən “Qobu Park” yaşayış kompleksində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən icra edilən “İcma səviyyəsində sağlam həyat tərzi üzrə maarifləndirmə və narkotik vasitələrdən istifadə üzrə profilaktiki tədbirlərin təşkili” layihəsi çərçivəsində “Narkomaniya və sağlam həyat tərzi” mövzusunda növbəti təlim keçirilmişdir. Təlimidə “Qobu Park” yaşayış komleksində yaşayan məcburi köçkün icmalarında fəaliyyət göstərən orta ümumitəhsil məktəblərinin yuxarı sinif şagirdləri, valideynlər, yeniyetmə və gənclər iştirak etmişlər.
    Təlimi narkomaniya üzrə ekspert Emil Maqalov keçirmişdir. Emil Maqalov təqdimatında narkotik vasitələrin növləri, onlardan istifadə, yaratdığı fəsadlar və s. barədə ətraflı məlumatlar vermiş, prkatik misallarla mövzuya dair bilgiləri iştirakçılara çatdırmışdır.

    Tədbirdə iştirak edən yeniyetmə və gəncləri maraqlandıran suallara ekspert Emil Maqalov ətraflı cavablandırmış, onlara əhəmiyyətli məsləhətlər vermişdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR