“Biz yalnız döyüşürük. Qərb ölkələri uzaqdan müşahidə edirlər”.
Bunu Ukraynanın Prezidenti Volodimir Zelenski fevralın 25-də səhər etdiyi çıxışında bildirib.
“İşğalçılar həm hərbi, həm də mülki obyektləri atəşə tuturlar. Onlar fərq qoymurlar. Onların məqsədi vətəndaşlara təzyiqdir”, - o söyləyib.
Dövlət başçısı həmçinin müharibə əleyhinə aksiya keçirən rusiyalılara çağırış edib: “Etiraza çıxan bütün vətəndaşlara (Rusiya vətəndaşları – red.) demək istəyirəm: biz sizi görürük. Bu o deməkdir ki, siz bizi eşitdiniz, bizə inanmağa başladınız. Bizim üçün mübarizə aparın, müharibə əleyhinə mübarizə aparın”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.