AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Vərdiş” Narkotikə YOX de! filminin təqdimatı keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 29-04-2022, 13:42

    “Vərdiş” Narkotikə YOX de! filminin təqdimatı keçirilib - FOTOLAR


    28 aprel 2022-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin akt zalında 130 nəfərin iştirakı ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Narkotizmlə Mübarizə” İctimai Birliyinin həyata keçirdiyi “Narkomaniya bəlası ilə mübarizədə “VƏRDİŞ” qısametrajlı filmin çəkilişi və geniş ictimaiyyət arasında təbliği” layihəsi çərçivəsində “Vərdiş” Narkotikə YOX de! adlı qısametrajlı filmin təqdimatı keçirilmişdir.

    Tədbiri Layihənin kordinatoru Kənan Qubadzadə açaraq bildirdi ki, layihənin müddəti 3 aydır və əsas məqsədi qısametrajlı film vasitəsi ilə cəmiyyəti narkomaniya bəlasından qorunması yönündə maarifləndirməkdir. Film 7 dəqiqə ərzində həm səsli həmdə ssenari əsasında teatral hərəkətlərlə gəncləri, valideyinləri məsuliyyətli, narkotikdən və digər pis vərdişlərdən uzaq olmağa çağırır. Film mətbuat, televiziyalarda yayımlanacq, youtube-də və digər sosial şəbəkələrdə paylaşılacaqdır.”

    Narkomaniyaya qarşı mübarizədə maarifləndirmə tədbirlərini daha səmərəli qurmaq üçün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən müvafiq qrant layihələri təqdim olunur. Bu baxımdan, deyə bilərik ki, narkomaniya ilə mübarizə dövlətin prioritet məsələsidir. Aparılan araşdırmalar isə onu deməyə əsas verir ki, atılan addımlara baxmayaraq bu gün problemdən əziyyət çəkənlərin sayı durmadan artır. Əsasən gənc nəsil arasında yayına narkomaniya onların həyat və fəaliyyətinə ciddi təsir göstərir.

    Eyni zamanda sağlamlıqlarında ciddi problem yaradır ki, bu da normal ailə modelinin inkişafına, sağlam gələcək nəsil yetişməsinə ciddi əngəllər törədir. Bu baxımdan Narkotizmlə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, barışmaz münasibətinə və əməli köməyinə böyük ehtiyac vardır. Bütün bu kimi halların qarşısını almaq üçün narkomaniyaya qarşı ümbarizə sahəsində davamlı addımların atılması zərurətə çevrilib. Bu baxımdan, düşünürk ki, narkomaniyaya qarşı mübarizə qısametrajlı filmlər vasitəsilə gənclər arasında yayılsa daha effektli ola bilər.

    Tədbirdə iştirak edən Milli Məclisin deputatları Vüqar İskəndərov, Jalə Əhmədova, Müşfiq Cəfərov və ekspertlər Bayram Aslanov, Ruhi Əliyeva, Anar Sarıyev çıxışlarında bildirdilər ki, narkomaniya ümumbəşəri bir problem olaraq günümüzə qədər gəlib çıxan ən böyük problemlərdən biridir. Bu mübarizə dövlət qurumları, hüquq mühafizə orqanları, o cümlədən vətəndaş cəmiyyəti institutları tərəfindən həyata keçirilir.

    Qeyd edək ki, tədbirdə Missiya Media Qrupuna da təşəkkürnamə təqdim olunub.














    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR