Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. 
Onlar arasında “general-leytenant” hərbi rütbəsi alanlar da var. 
Bu şəxslər general-mayor Zakir Samiddin oğlu Ağayev və general-mayor Azər Əli oğlu Əliyevdir. 
Zakir Ağayev Müdafiə Nazirliyi Baş Hərbi İnspeksiyasının rəisi vəzifəsində xidmət edir. “Azərbaycan Bayrağı” ordenli Z.Ağayev general-mayor rütbəsini 2017-ci ilin iyununda almışdı.
Fotoda: Zakir Ağayev 
Rütbəsi artırılan digər hərbçi Azər Əliyev isə Hərbi Akademiyanın Əməliyyat Baş İdarəsinin rəisi vəzifəsini icra edir. O, 2021-ci ilin iyulunda bu Akademiyanın tədris üzrə müavini vəzifəsindən azad edilərək idarə rəisi təyin edilib. 
Fotoda: Azər Əliyev
 
   Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.